Türkiyə Prezidenti və İranın Baş Qərargah rəisi Suriya böhranını müzakirə edib

16 Avqust 2017 13:49 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri ilə görüşüb.

Movqe.az-ın məlumatına görə, görüşdə regional əməkdaşlıq, terrorizmlə mübarizə və Suriya böhranının həlli yolları müzakirə olunub.

Qeyd edək ki, ötən gün M.H.Baqeri türkiyəli həmkarı Hulusi Akarın dəvəti ilə Ankaraya gəlib.\

Trend