Bərdədə 61 yaşlı qadını avtomobil vurdu: sürücü qaçdı

16 Avqust 2017 14:39 (UTC+04:00)

Bərdə rayonunda 61 yaşlı qadını avtomobil vurub.

Movqe.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Əliyanlı kəndində baş verib. 
Belə ki, yolu keçmək istəyən rayon sakini, 1956-cı il təvəllüdlü Lətifə Hümbətova naməlum avtombil tərəfindən vurulub. 

Qəza nəticəsində yaşlı qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, yaralının vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.