Londonda hava limanının anqarında partlayış (YENİLƏNİB)

16 Avqust 2017 15:15 (UTC+04:00)

Londonun Sautend hava limanının şimal hissəsindəki anqarda partlayış baş verib.

Movqe.az-ın məlumatına görə, hazırda hadisə yerində yanğınsöndürmə briqadaları çalışır.

Aeroportun üstünü bürüyən qatı tüstünün uçuşlara təsir etmədiyi bildirilir. Hava limanı işini adi rejimdə davam etdirir.

X X X

14:37

Böyük Britaniyanın paytaxtı Londonda partlayış olub.

Movqe.az-ın verdiyi məlumata görə, partlayış Sautend hava limanının yaxınlığında baş verib.

Yanğınsöndürmə xidməti hadisə yerinə yollanıb.

Trend