"Batman"dən faciəvi son

26 Fevral 2013 18:44 (UTC+04:00)

Cizgi film qəhrəmanı "Batman"ı yazanlar faciəvi bir son hazırlayırlar. Amerikada sabah satışa təqdim ediləcək "Batman"ın kitab ardıcıllığının səkkizincisində Robin ölür. Movqe.Az-ın məlumatına görə, möcüzə uşaq "Batman"ın ortağı Robin pərəstişkarlarına sabah vida edir. Cizgi filmin səkkizinci kitabının yazıçıları, Robinin bir qatil tərəfindən öldürülməsinə qərar veriblər. "New York Post"un internet saytında yer alan xəbər, serialın yaradıcıları tərəfindən də təsdiqlənib. Yazıçılardan Qrant Morrison, "Robin dünyanı xilas edirdi və bir qəhrəman kimi öləcək" deyib. Robin olaraq tanınan qəhrəmanın gerçək adı Damian Uaynedir. Damian, "Batman"nın yəni Brus Uaynenin 10 yaşındakı oğlu idi. Robin, Brus Uaynenin yəni "Batman"ın düşməni Ras Al Qulun qızıyla yaşadığı eşq nəticəsində dünyaya gəlib.