“Şahdəniz” yatağından Gürcüstana qaz nəqli dayandırılıb

16 Avqust 2017 17:38 (UTC+04:00)

Azərbaycanın “Şahdəniz” yatağından Gürcüstana təbii qazın nəqli dayandırılıb.
 
Movqe.az-ın APA-ya istinadən məlumatına görə, ölkənin Neft və Qaz Korporasiyasına istinadən verdiyi xəbərə görə, buna səbəb yataqda aparılan profilaktik işlərdir.
 
Cənubi Qafqaz boru kəməri ilə qaz tədarükü dayandırıldığına görə, hazırda Gürcüstana təbii qaz  SOCAR-ın “Qazıməmməd-Qazax” magistral qaz kəməri ilə nəql olunur.
 
Profilaktik işlərin sentyabrın 10-dək davam edəcəyi bildirilir.