Xidməti pasportu olan şəxslər 37 ölkəyə vizasız gedə bilərlər

26 Fevral 2013 17:05 (UTC+04:00)
Hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq, bəzi ölkələrlə vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəlişi mümkündür. Vizasız gediş-gəlişdən yararlanmaq imkanı xidməti pasportları olan şəxslərə də aiddir. Maraqlı olacağını nəzərə alıb, xidməti pasportlara malik şəxslərin vizasız getmək imkanı olan ölkələrin siyahısını təqdim edirik. Xidməti pasportlarla  bu ölkələrə visasız gediş-gəliş və aşağıda qeyd olunan müddətə yaşamaq da mümkündür:

1. Albaniya -90 gün

2. Argentina- 30 gün

3. Avstriya -90 gün

4. Belarus -90 gün

5. Bolqarıstan- 90 gün

6. Braziliya- 90 gün

7. Çin- 30 gün

8. Xorvatiya -30 gün

9. Gürcüstan -90 gün

10. İndoneziya- 30 gün

11. İordaniya- 90 gün

12. İran - 1 ay

13. İtaliya- 90 gün

14. Kolumbiya- 90 gün

15. Koreya -30 gün

16. Kuba -90 gün

17. Küveyt- 90 gün

18. Qazaxıstan -90 gün

19. Qırğızıstan -90 gün

20. Liviya -90 gün

21. Macarıstan 90 gün

22. Mərakeş-90 gün

23. Moldova -90 gün

24. Monteneqro -90 gün

25. Özbəkistan 90 gün

26. Pakistan -1 ay

27. Portuqaliya -90 gün

28. Rumıniya- 90 gün

29. Rusiya -90 gün

30. Serbiya -90 gün

31. Slovakiya -90 gün

32. Suriya -30 gün

33. Tacikistan 90 gün

34. Türkiyə 90 gün

35. Türkmənistan -30 gün

36. Ukrayna -90 gün

37. Vyetnam -1 ay

Xidməti pasportu olan şəxslərin ailə üzvləri də, onlarla birgə səfərə çıxırlarsa nota verilməklə bu ölkələrə gedib-gələ bilərlər. Ancaq Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsindən bildirdilər ki, bu, uzunmüddətli ezamiyyətlər zamanı mümkündür: "Bu zaman həmin şəxs Konsulluq İdarəsininin aidiyyatı şöbəsinə müraciət edilməlidir. Bundan sonra xidməti pasportu olan şəxsə ailəsini də özü ilə həmin ölkəyə aparması üçün nota verilə bilər. Bunun üçün isə şəxsə hansı sənədləri təqdim etməli olduğu  barədə məlumat verilir".
Əgər  xidməti pasportu olan şəxslər bu siyahıda adları olmayan ölkələrə xidməti işlə əlaqədar ezam edilirlərsə, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin müvafiq notası əsasında, həmin xarici ölkənin Azərbaycanda yerləşən diplomatik nümayəndəlik və ya konsulluğuna müraciət edərək viza almalıdırlar. Xatırladaq ki, xidməti pasport ölkə prezidentinin təsdiq etdiyi vəzifəli şəxslərə  verilir.