İlham Əliyev Qabon Prezidentini təbrik edib

16 Avqust 2017 17:53 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Qabon Prezidenti Ali Bonqo Ondimbaya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza sülh və rifah arzulayıram".