Xarici valyutaların manata qarşı məzənnələri

17 Avqust 2017 09:51 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı 17 avqust tarixinə xarici valyutaların manata qarşı rəsmi məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Movqe.az-a verilən məlumata görə, avqustun 17-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7008 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 2.0035 manat təşkil edir.

1 türk lirəsi 0,4837 manat, 1 rus rublu 0,0286 manat, 1 gürcü larisi isə 0,7079 manatdır.