Ürəyini sevirsənsə yaxşılıq et

26 Fevral 2013 19:30 (UTC+04:00)

Kanadada aparılan araşdırma, yaxşılıq etməyin ürəyə xeyirli olduğunu məlum edib. Movqe.Az-ın məlumatına görə, "British Colombia" Universiteti tərəfindən edilən araşdırmada, xeyr işlərdə iştirak etməyin gənclərin ürəyinə və bədən sağlamlığına yaxşı təsir etdiyini göstərib. Araşdırmaya imza atanlardan Hannah Şreier, fədakarlıq etməyin ürək və bədən sağlamlığı üçün müsbət təsirlərə yol açdığını söyləyib. Araşdırma, bununla yanaşı, stress, depressiya, dinclik kimi psixoloji faktorların xəstəliklərə qarşı olduğunu  və ABŞ-dakı ölüm nisbətlərində bu faktorların ciddi rol oynadığını məlum edib. Araşdırma Vankouverdə 106 lisey şagirdi üzərində aparılıb. Qan təzyiqi, bədən indeksi və ürək döyüntüləri ölçülən şagirdlərdən 53-ü həftədə 1 saat öz yaşadıqları bölgədəki ibtidai məktəb şagirdlərinə müəyyən mövzularda cavab gözləmədən kömək ediblər. Digər 53 şagird isə könüllü hər hansı bir proqramda iştirak edib. 10 həftədən ərzində aparılan araşdırmalarda, ilk qrupdakı 53 tələbənin ürək döyüntülərinin daha nizamlı, xolesterol və bədən yağ səviyyəsinin daha aşağı olduğu müşahidə edilib. Araşdırma Kanadada "Amerika Medical Association" jurnalında (JAMA) nəşr olunub.