Həmkəndlisini döyüb öldürən Gədəbəy sakini saxlanıldı

17 Avqust 2017 15:12 (UTC+04:00)

Həmkəndlisinə ölümcül xəsarət yetirən Gədəbəy sakini saxlanılıb.

Daxili İşlər Nazirliyindən  Movqe.az-a  verilən məlumata görə, avqustun 13-də Gədəbəy rayonunun Arıxdam kənd sakini Telman Qurbanov qarın nahiyəsinin küt xəsarəti ilə xəstəxanaya gətirilib və avqustun 16-da orada ölüb.

Gədəbəy rayon Polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə avqustun 13-də T.Qurbanovu həmkəndlisi Kamil Muxtarov tərəfindən münaqişə zəminində döyməsi müəyyən edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə K.Muxtarov saxlanılıb.

Araşdırma aparılır.