Barselonada silahlı şəxslər restorana girib

17 Avqust 2017 20:13 (UTC+04:00)

İspaniyanın Barselona şəhərində iki silahlı restoranlardan birinə soxulub.

Bu barədə Movqe.az trend-ə mətbuata istinadən məlumat verir.

Qeyd edək ki, bundan əvvəl Barselonanın mərkəzində, Rambla küçəsində mikroavtobus kütlənin üzərinə sürülüb. Ən az 20 nəfərin xəsarət aldığı bildirilir.

Hazırda polis əraziyə heç kimi buraxmır, yaxınlıqdakı metro stansiyası və mağazalar da bağlanıb.

Sürücü hadisə yerindən qaçıb.

Polis hadisəni terror aktı kimi dəyərləndirir.