Türkiyə Prezidenti Azərbaycana səfər edəcək

18 Avqust 2017 13:15 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. Bu barədə Türkiyə mətbuatına istinadən məlumat verir. Səfərin 10-11 sentyabr tarixlərində baş tutacağı gözlənilir. Məlumata əsasən, səfər çərçivəsində R.T.Ərdoğanı xarici işlər naziri Mövlud Çavuşoğlu və digər nazirlər müşayiət edəcək.