Xocalı soyqırımının ildönümü ilə əlaqədar Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Lefkoşada Şəhidlər abidəsi önündə mərasim keçirilib

26 Fevral 2013 18:19 (UTC+04:00)

Dağlıq Qarabağ bölgəsində,  Xocalıda  1992-ci il fevralın 26-dən 26-na keçən gecə baş verən faciədə həlak olmuş 613 azərbaycanlı Lefkoşada keçirilən mərasimlə anıldı.


Şəhidlər abidəsində 30-dan çox təşkilatın dəstəyilə , bir sıra nazir və millət vəkillərinin də iştirak etdiyi mərasimdə Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə Cümhuriyyəti və Azərbaycan bayraqları açıldı.


 "Üç dövlət bir millət", "Qarabağ Bizimdir, Bizim Qalacaq", "Hamımız Türkük" şüarları səslənən mərasimdə Xocalı soyqırımını xatırladan bir çox məqamlara toxunuldu.


Mərasimdə şəhidlərin xatirəsi iki dəqiqəlik sükutla yad edildi, ardınca isə İstiqlal Marşı ilə Azərbaycanın himni oxundu.


Ötüken


Təşkilat Komitəsinin təmsilçisi, "KKTC Gazeteci ve Yazarlar Birliği"-nin rəhbəri

Ahmet Ötüken mərasimdə çıxış edərkən,  bildirdi: "Türklüyə qarşı soyqırım, Türklüyə yönələn böl və parçala və Türklüyün birliyini pozma hərəkatlarına son qoyulana, Xocalıda mülki vətəndaşlara qarşı törədilən soyqırımın cavabı soruşulana,  Azərbaycan xalqı ədalətə nail olana kimi belə gündə ürəklərimizi birləşdirəcəyik".

 

Ötüken, həmçinin qeyd etdi ki,  Xocalı, Daşkənd və Muratağada  yaşayan  insanların günahı yalnız, türk və müsəlman olmalarıdır.

Ahmet Ötükən, ŞKTC məclisində hələ də nə Kipr Yunan terror təşkilatı EOKA, nə də Azəri soyqırımı ilə əlaqədar bir qərar qəbul edilməməsini tənqid etdi.


Sadiqoğlu


ŞKTC- Azərbaycan Mədəniyyət Dərnəyinin rəhbəri Fəxrəddin Sadiqoğlu da davamlı olaraq, Türkiyədə soyqırıma uğradıqlarını bütün dünyaya inandırmağa çalışan ermənilərin, 26 fevral  1992-ci ildə törətdiyi faciənin əsl soyqırım olduğunu bildirdi.

Sadiqoğlu qırğını, başında erməni komandir və zabitlərinin olduğu Rus alayının törətdiyini qeyd etdi. 

Bir çox ölkədə Xocalı qətliamının soyqırım kimi tanındığını söyləyən Sadiqoğlu, bu gün Xocalı soyqırımının Azərbaycan və Türk diasporaları tərəfindən ABŞ senatına çatdırıla bildiyini də qeyd etdi.


Şahin


Rauf Raif Denktaş Düşüncelerini Yaşatma Derneği temsilcisi Hatice Şahin

ise, Kıbrıslı Türklerin soydaşlarına yapılan katliamı yüreklerinde

hissettiğini söyledi.


Rauf Raif Denktaş  düşüncələrini, Yaşatma Derneği-nin təmsilçisi Hatice Şahin isə, Kipr Türklərinin soydaşlarına qarşı törədilən qətliamı ürəklərində hiss etdiyini söylədi.


Tarixin Türklərə qarşı edilən soyqırımlarla dolu olduğunu qeyd edən Şahin, ancaq Xocalıda yaşanan vəhşiliklərin "bətərin bətəri var"deyilən xüsusiyyətdə olduğunu, azaərbaycanlı vətəndaşların dini və milli mənsubiyyətlərinə görə qətl edildiklərini söylədi.


Şahinin verdiyi məlumata görə, Xocalı qətliamında tapşırıq alanlardan  biri olduğunun bildirən Ermənistanın baş naziri Tiqran Sarkisyan ingilis jurnalistə verdiyi müsahibəsində,  "Xocalı soyqırımının ermənilərin nə qədər ciddi olduğunu göz önünə çıxarmaq üçün törədildiyini" qeyd etdi.


Bəzi ölkələrin, ən son Çexiya Respublikasının Xocalı soyqırımını tanıdığını bildirən Şahin, "Xocalı soyqırımının dünyada tanınması və günahkarların cəzalandırılması üçün mübarizəni davam etdirməliyik"sözlərini nəzərə çatdırdı.


TATAR



Maaliyyə naziri Ersin Tatar da, Kipr Türklərinin acısı ilə paylaşdığını, dünyanın yunanların Kipli türklərin soyqırım cəhdlərinə də səssiz qaldığını bildirdi.


İki ölkə arasında əlaqələrin gücləndirilməsi üçün əlindən gələni etməyə hazır olduğunu deyən Tatar, Türkiyənin bölgədə böyüyən bir qüvvə olmasının hər kəsə

güc verdiyini  qeyd etdi.


Tatar bildirdi ki, "Bu qədər təşkilatın burada iştirakı və bu fəaliyyətə dəstək verməsi Kipr Türkünün mənəviyyatında Azərbaycan ilə əlaqələrin nə qədər önəmli olduğunu bir daha təsdiq etmişdir.



Töre 



UBP millət vəkili Zorlu Töre isə, BMT, AB və imperialist qüvvələrə güvənməməyi qeyd etdi. "Bizim qanımız, bizim canımız bu torpaqları qoruyacaq; bizim canımız, bir qanımız Qarabağı qoruyacaq. Başqasından bir şey gözləməyək"deyən Töre, bütün türklərin bir ordu olduğunu ifadə etdi. 


Türklüyün yaşam tərzinin dəyişilməli olduğunu qeyd edən Töre, "Amma baxırıq ki, elə bir qəflət, elə bir xəyanətlərlə üzləşirik ki, millətimiz içərisində imperialistlərin oyuncağı olmuşlar".

Töre, ŞKTC-nin yer almayacağı bir çözümə, içində Qarabağın olmayacağı Ermənistan-Azərbaycan arasında bir barışa qarşı olduğunu da qeyd etdi.