Dənizdə batan gəncin meyiti çıxarılıb

21 Avqust 2017 20:24 (UTC+04:00)

Ötən gün dənizdə batan 23 yaşlı gəncin meyiti çıxarılıb.

Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Xəzər rayonunda dənizdə batmış 1994-cü il təvəllüdlü Həsənov Kərim Murad oğlunun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 13:15-da başa çatıb.