Bakıda kişi erotik şəkilləri ilə şantaj edildi: "Pulu gətirməsən, paylaşacağam"

21 Avqust 2017 16:27 (UTC+04:00)

Bakının Yasamal rayonunda şantajla bağlı polisə şikayət olunub.

Movqe.az azxeber.com-a istinadən xəbər verir ki, avqustun 14-də Yasamal rayonu ərazisində Abşeron rayon sakini Elnur Musayev Bakı şəhər sakini Elgün Əhmədovu (zərərçəkmişin adı və soyadı şərtidir) şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib.

O, Elgün Əhmədovdan şəkilləri yaymamaq üçün 3600 manat pul tələb edib.

Pul verməyə imkanı olmayan Elgün Əhmədov Yasamal rayon Polis İdarəsinin 27-ci bölməsinə şikayət edib.

Əməliyyat tədbirləri ilə Elnur Musayev saxlanılıb.