Goranboyda iki avtomobil toqquşub, xəsarət alanlar var

22 Avqust 2017 11:36 (UTC+04:00)

Goranboyda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
 
Movqe.az-ın  məlumatına görə, hadisə rayonun Dəliməmmədli qəsəbəsi ərazisində qeydə alınıb. Hərəkətdə olan “Opel” ilə “VAZ 2107” markalı avtomoibllərin toqquşması nəticəsində VAZ-da olan iki sərnişin, rayonun Quşçular kənd sakinləri - 1969-cu il təvəllüdlü Rahilə Rüstəmova və 1959-cu il təvəllüdlü Gültəkin Namazova müxtəlif bədən xəsarətləri alıblar. Qadınlara tibbi yardım göstərilib. Vəziyyətlərinin normal olduğu bildirilir.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

APA