Bakının mərkəzində mağaza yanır

22 Avqust 2017 14:14 (UTC+04:00)

Bakının mərkəzində mağaza yanır.
 
Movqe.az-ın məlumatına görə, hadisə Neftçilər prospektində, Kukla Teatrının yaxınlığında qeydə alınıb. Geyim əşyaları satılan mağazada baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.
 
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

APA