Putin Sarkisyanla Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək

22 Avqust 2017 14:18 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin avqustun 23-də Soçidə erməni həmkarı Serj Sarkisyanla görüşəcək.Görüşdə Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində əməkdaşlıq, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə olunacaq.