Ərdoğan: "Türkiyə Suriyanın şimalında yeni dövlətin yaranmasına icazə verməyəcək"

22 Avqust 2017 15:36 (UTC+04:00)

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan qeyd edib ki, YPG və PYD üçün hər hansı dövlətin qurulması yolverilməzdir: "YPG və PYD terror təşkilatlarıdır, məqsədləri Suriyanın şimalında terror dəhlizi quraraq Aralıq dənizinə çıxış əldə etməkdir".

Ərdoğan bəyan edib ki, Türkiyə Suriyada terrorçuların planına mane olmaq üçün əlindən gələni edəcək.