Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçılarının Bakı görüşünün vaxtı məlum olub

22 Avqust 2017 17:57 (UTC+04:00)

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçiriləcək üçtərəfli görüşünün vaxtı məlum olub.
 
Movqe.az-ın APA-ya istinadən məlumata görə, görüşün sentyabrın 7-də keçirilməsi gözlənilir.
 
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə görüşdə iştirak etmək üçün sentyabrın 6-da Bakıya gələcək.