Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanan son komandalar müəyyənləşəcək

23 Avqust 2017 11:37 (UTC+04:00)

Futbol üzrə Çempionlar Liqasının (ÇL) "pley-off" mərhələsinin cavab görüşlərinə yekun vurulacaq.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, bu gün daha 5 oyun keçiriləcək. Təmsilçimiz "Qarabağ" Danimarkada "Kobenhavn"ın qonağı olacaq. İlk oyunlarda böyük hesablı qələbə eydə alınmadığından, btün klubların ÇL qrupuna düşmə şansları yüksəkdir. Ötən gün keçirilən oyunlardan sonra "Celtic", "Sevilla", "Maribor", "Olympiacos" və "Napoli"si ÇL-də qrup mərhələsinə vəsiqə qazanıb. 

Çempionlar Liqası

Pley-off, cavab oyunları

23 avqust

22:45. "Slaviya" (Praqa, Çexiya) - APOEL (Kipr)

Praqa, "Eden Arena"

İlk oyun - 0:2

22:45. "Kobenhavn" (Danimarka) - "Qarabağ" (Azərbaycan)

Kopenhagen, "Parken" stadionu

İlk oyun - 0:1

22:45. "Styaua" (Rumıniya) - "Sporting" (Portuqaliya)

Buxarest, "Nasyonal" stadionu

İlk oyun - 0:0

22:45. "Liverpool" (İngiltərə) - "Hoffenheim" (Almaniya)

Liverpul, "Enfild" stadionu

İlk oyun - 2:1

22:45. MOİK (Moskva, Rusiya) - "Young Boys" (İsveçrə)

Moskva, MOİK stadionu

İlk oyun - 1:0.