Bayram Kürdəxanılını maşın vurub öldürdü

23 Avqust 2017 10:32 (UTC+04:00)

Meyxana aləmində Bayram Kürdəxanılı kimi tanınan meyxana ustası Bayramqulu Quliyevi avtomobil vuraraq öldürüb.

Movqe.az-ın  məlumatına görə, hadisə Kürdəxanıda, meyxana ustası qəsəbədəki toy mərasimindən evinə gedərkən baş verib. B.Kürdəxanılı qəsəbə ərazisində yolu keçərkən Emin Fərhadovun idarə etdiyi "Peugeot" markalı, 10-PS-782 dövlət seriya nişanlı avromobil onu vurub. Nəticədə meyxana ustası ağır xəsarət alıb.

Hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Hadisəni törətmiş E. Fərhadov Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

virtualaz.org