DİN: Lənkəranda Regional Elektrik Şəbəkəsinin avtomobilini yandıran şəxs tutulub

23 Avqust 2017 12:56 (UTC+04:00)

Lənkəran sakini Regional Elektrik Şəbəkəsinin (REŞ) nəzarətçi mühəndisinə stəkan atıb, şəbəkəyə məxsus avtomobilin üzərinə benzin tökərək yandırıb.
 
Movqe.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 22-də Lənkəran rayonunun Liman şəhəri ərazisində yerləşən kafelərdən birində şəhər sakini Sərvər Məmmədov xuliqanlıq zəminində Lənkəran REŞ-in nəzarətçi mühəndisinə stəkan atıb, kafenin qarşısında olan, REŞ-nə məxsus “Mercedes” markalı avtomobilin üzərinə benzin tökərək qismən yandırıb.
 
Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində S. Məmmədov saxlanılıb.