Şəmkirdə yük və minik avtomobilləri toqquşub, xəsarət alan var

23 Avqust 2017 13:16 (UTC+04:00)

Şəmkirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Movqe.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Yenikənd kəndinə gedən yolda “KamAZ” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”da olan bir nəfər xəsarət alaraq, Gəncədə olan xəstəxanaların birinə yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.