Bulvarda qadın meyiti tapıldı, kimliyini müəyyənləşdirmək mümkün olmadı

23 Avqust 2017 14:47 (UTC+04:00)

Avqustun 8-də saat 15 radələrində Səbail rayonu ərazisində Dənizkənarı Milli Parkda dənizdən üzərində zorakılıq əlamətləri olmayan, 50-55 yaşlarında qadın meyiti tapılıb.

Movqe.az DİN-ə istinadən xəbər verir ki, meyitin əlamətləri: boyu 156 santimetr, arıq bədən quruluşlu, saçları qaradır.

Meyit aşkar edilərkən qulağında qızıl sırğa, əynində yaşıl kofta və uzun ətəkli qara don olub.

Həmin şəxsi tanıyanlardan "102 Zəng Mərkəzi"nə, yaxud, 492-02-02 nömrəli telefonla Səbail RPİ-nin 9-cu Polis Bölməsinə məlumat vermələri xahiş olunur.