Şirvanda 3 otaqlı ev yanıb

23 Avqust 2017 16:49 (UTC+04:00)

Şirvan şəhərində ümumi sahəsi 156 kvadratmetr olan ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı evlər yanğndan mühafizə olunub.

Yanğın saat 14:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.​