ATƏT-in Minsk qrupunun həmsədri Riçard Hoqland xələfinin adını açıqlayıb

24 Avqust 2017 10:00 (UTC+04:00)

Endryu Şofer ATƏT-in Minsk qrupunun ABŞ-dan olan yeni həmsədri təyin edilib.

"Movqe" "Amerikanın səsi"nə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın ATƏT-in Minsk qrupundakı müvəqqəti həmsədri Riçard Hoqland Vaşinqtonda "dəyirmi masa"da məlumat verib.
O vurğulayıb ki, bazar ertəsindən etibarən Endryu Şoferin həmsədr olacağını elan etməkdən şadam: "O, çox təcrübəli diplomatdır. Şofer Birləşmiş Ştatları Vyanada Beynəlxalq Təşkilatlara Missiyada təmsil edib."
Bununla yanaşı, R.Hoqland təqaüdə çıxdığını elan edib.