Ağsuda arvad ərini baltalayaraq öldürüb

24 Avqust 2017 10:39 (UTC+04:00)

Ağsu rayonunda qətl törədilib. Movqe.az APA-a istinadən xəbər verir ki, rayonun Gəgəli kəndində qadın ərinin əl-qolunu bağlayaraq, ona balta ilə xəsarət yetirib. Qadın oğlunun da kömək etdiyi bildirilir. Nəticədə kişi aldığı xəsarətdən ölüb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.