ABŞ-da Qarabağ məsələsi ona tapşırıldı

24 Avqust 2017 10:59 (UTC+04:00)

Avqustun 28-dən etibarən ABŞ-ın ATƏT-in Minsk Qrupunda yeni daimi həmsədri vəzifəsini Riçard Şofer icra edəcək. Movqe.az xəbər verir ki, bunu ABŞ-ın ATƏT-ın müvəqqəti həmsədri Riçard Hoqland Vaşinqtonda bəyan edib.

Qeyd edək ki, Qarabağ danışıqlarında vasitəçilik missiyasını həyata keçirəcək Riçard Şofer Vyanada beynəlxalq təşkilatlar yanında ABŞ-ın Missiyasında çalışıb.

Xatırladaq ki, Riçard Hoqland bu ilin yanvarından ABŞ-ın ATƏT-in Minsk qrupunda müvəqqəti həmsədri vəzifəsini icra edib.