Prezidentin köməkçisi “Qarabağ”ın qələbəsindən yazdı

24 Avqust 2017 12:10 (UTC+04:00)

Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov “Qarabağ” klubunu Çempionlar Liqasının qrup mərhələsinə adlaması münasibətilə təbrik edib.

Movqe.az-ın məlumatına görə, Novruz Məmmədov ürək sözlərini sosial şəbəkədəki hesabında yazıb:

“Qarabağ Futbol Klubunu bu tarixi nailiyyəti münasibətilə təbrik edirəm! Qələbələriniz davamlı olsun!”.