Bir nəfər göldə batıb

24 Avqust 2017 13:20 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyini Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Neftçala rayonunda 1 nəfərin süni göldə batması barədə məlumat daxil olub. Movqe.azAzVision.az ın Nazirliyin saytına istinadən verdiyi məlumata görə, dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq şəxsiyyəti məlum olmayan vətəndaşın cəsədini sudan çıxarıblar.