Bakıda əcnəbi vətəndaşın çantası oğurlanıb

24 Avqust 2017 13:32 (UTC+04:00)

Əcnəbi vətəndaşa məxsus çantanı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini V.İsmayılov tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 10-da əcnəbi vətəndaşa məxsus içərisində 100 manat pul, qızıl əşyalar, mobil telefon və eynək olan çantanı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Vladislav İsmayılov tutulub.