Gözəlliyinin sirrini açıqladı

27 Fevral 2013 16:12 (UTC+04:00)

Qızı Blu Ayvini dünyaya gətirdikdən sonra tez bir zamanda arıqlayan və yenidən köhnə formasına qovuşan müğənni Beyons, bədəninin belə formada qallmasında kərəvizə borclu olduğunu açıqlayıb. Movqe.Az-ın məlumatına görə, tərəvəzlə qidalanmağa diqqət göstərdiyini bildirən məşhur müğənni, tez-tez kərəviz yediyini söyləyərək sözlərinə belə davam edib: "Kərəviz möcüzəli bir tərəvəzdir. Kalorisi çox azdır. Həm faydalıdır, həm də kökəlmənin qarşısını alır. Doğuşdan sonra arıqlamağımda çox faydasını gördüm."