Oğlan uşağı dünyaya gətirən az yaşayır?

27 Fevral 2013 16:18 (UTC+04:00)
Movqe.az xəbər verir ki, aparılan son araşdırmalara görə oğlan uşağı dünyaya gətirən qadınlar yalnız qız uşağı dünyaya gətirən qadınlara nisbətən səkkiz ay daha az yaşayır. Finlandiyadakı Turku Universitetində aparılan araşdırmalarda qadınların sosial statuslarına və ya gəlir vəziyyətlərindən asılı olmayaraq yalnız bioloji səbəblərdən ötəri  həyat müddətlərinin qısaldığı müəyyən olunub. Səbəb olaraq isə deyilən nəzəriyyələrdən biri oğlan körpəyə hamilə olan qadınların bədənində testosteron artımı olması, bunun da immunitet sistemini zəiflətməsi göstərilib. Digər nəzəriyyəyə görə hamiləlik müddətində oğlan körpələrin anaya daha çox ağrı yaşatması göstərilir.