Nəqliyyat nazirliyi marşrut sahiblərinə xəbərdarlıq etdi

27 Fevral 2013 16:35 (UTC+04:00)

"Ölkəyə 200 ədəd Daewo" markalı avtobus gətirilib. Yaxın günlərdə bu avtobuslar xətlərə buraxılacaq".


Bunu Movqe.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional şöbəsinin rəis müavini Əmrah Cəfərov deyib. Onun sözlərinə görə, hazırda aparılan reydlər zamanı saxlanılan  avtobuslar cərimə meydançasına aparılır. Əgər bu avtobusların sahibkarları gələcəkdə sərnişindaşıma qaydalarını yenidən pozsalar onlarla müqaviləllərə xitam veriləcək. Ə. Cəfərov reydlər zamanı 520 min manat cərimələrin toplandığını bildirdi.