Köpək balığının hücumuna məruz qaldı
27 Fevral 2013 13:35 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Yeni
Zelandiyada köpək balığı
hücumu nəticəsində bir
nəfərin həlak olduğu
bildirilib. Polis Şaun
Rutene, Aukland bölgəsindəki
Murivai çimərliyində üzən bir
nəfərin təxminən 4
metrlik köpək balığının
hücumuna məruz qaldığını və həlak olduunu
deyib. Rutene həmçinin hücuma
uğrayan 40 yaşlarındakı
şəxsi xilas etmək üçün
köpək balığına atəş
edildiyini lakin
müvəffəqiyyətli olunamadığını
söyləyib. Köpək balığı
mütəxəssisi Klinton SŞkira,
köpək balıqlarının yaz
aylarında qidalanmaq və
balalamaq üçün sahillərə
yaxınlaşdığını qeyd
edib. Florida
Universitetinin hesabatına
görə, köpək balıqları dünya
daxilində keçən il
insanlara 80 dəfə
hücum etmiş və 7 nəfər
dünyasını dəyişmişdi.