"Qarabağ"a məğlubiyyətə görə işindən kənarlaşdırıldı

6 Sentyabr 2017 11:34 (UTC+04:00)

Danimarkanın "Kobenhavn" futbol klubu baş məşqçi Stole Solbakkenin əsas köməkçisi Brian Priske ilə yollarını ayırıb.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssislə bu ilin sonunadək qüvvədə olan müqaviləyə vaxtından əvvəl xitam verilib. Onu Yohan Lange əvəzləyib. Mikael Antonssona isə köməkçi-məşqçi vəzifəsi həvalə olunub.

Danimarka mətbuatı məşqçilər heyətindəki dəyişikliyə Çempionlar Liqasında komandanın üzləşdiyi uğursuzluğu səbəb göstərib. "Kobenhavn" "pley-off" mərhələsində iki oyunun yekununda (0:1, 2:1) "Qarabağ"a uduzduqdan sonra mübarizəni Avropa Liqasında davam etdirəcək.