Papanın vəzifəsindəki son günü

28 Fevral 2013 17:00 (UTC+04:00)
Movqe.az xəbər verir ki, katolik aləminin ruhani lideri Papa 16-cı Benediktus vəzifəsindəki son günündə Vatikanda kardinallarla vidalaşıb. Papa, çıxışında, xələfinə "şərtsiz hörmət itaət" sözü verib. Papa  Vatikandakı proqramını tamamladıqdan sonra yerli saatla 17.00-da buradan vertolyotla ayrılaraq papaların yazlıq iqamətgah olaraq istifadə etdiyi, onun da bir müddət qalacağı "Castel Gandolfo"ya köçəcək. Papa  vəzifədən ayrıldıqdan sonra ona "Emerit Papa" və ya "Emerit Roma yepiskopu" ünvanlarıyla xitab ediləcək.