"Qarabağ"ın sabiq futbolçusu Serbiya klubu ilə anlaşdı

9 Sentyabr 2017 16:30 (UTC+04:00)

 

Movqe.az goal.az-a istinadla bildirir ki, Ötən mövsümün sonunda "Qarabağ"dan ayrılan Boyan Şaranovun yeni komandası məlum olub.

Serbiyalı əlcək sahibi karyerasını ölkəsində davam etdirəcək. 29 yaşlı "çərçivə qoruyucusu" Super Liqa təmsilçisi "Zemun"la 1 illik müqavilə imzalayıb. Şaranov legioner həyatı yaşamaq istəsə də, istədiyi təklifi almadığı üçün "Zemun"a keçməli olub.

Qeyd edək ki, Serbiya millisinin sabiq üzvü 2016/17-ci illər mövsümün əvvəlində "Partizan"dan "Qarabağ"a transfer olunmuşdu və 2 oyunda iştirak etmişdi.