Məktəbə silahlı hucum edilib

28 Fevral 2013 19:09 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Pakistanın şimal-qərbində tayfa nəzarəti altında olan Mohmandda üç məktəbə bombalı hücum təşkil edilib. Dövlətə aid məktəblərin bombalı hücumda böyük ziyan gördüyü, partlayışlar zamanı məktəblər bağlı olduğundan can itkisinin olmadığı bildirilib. Taliban hərbiçilərinin olduğu bölgədə son iki ildə 150-dən çox məktəb oxşar hücumlara məruz qalıb. Taliban, bölgədə uşaqların məktəbə getməməsi üçün ailələrə təzyiq edir dövlət məktəblərinə tez-tez hücumlar təşkil edir.