"Chelsea"nin futbolçusu "Qarabağ"la oyun öncəsi zədələnib

11 Sentyabr 2017 16:55 (UTC+04:00)

"Chelsea" Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"la keçirəcəyi oyun öncəsi heyətdə itki ilə üzləşə bilər.Movqe.az goal.az-a istinadən  xəbər verir ki, Daniel Drinkuoter məşqdə zədələnib. "Zadəganlar"ın baş məşqçisi Antonio Konte onun "Qarabağ"a qarşı oyunda iştirakı ilə bağlı heçnə deməyib. Qeyd edək ki, "Stamford Bridge"də baş tutacaq oyun sentyabrın 12-si, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.