Bu kənddə məzarları qazır, ölüləri çıxarıb bəzəyirlər - FOTO

21 Oktyabr 2017 21:20 (UTC+04:00)

İndoneziyanın Cənubi Sulavesi bölgəsindəki Toracana kəndininin sakinlərinin qəribə, bəlkə də məşum adətləri var.

Bu kənddə yaşayan toracanlar hesab edirlər ki, ailə üzvlərinin və ya qohumlarının məzarlarını qazıb nəşi çıxarmaq, skeletləri bəzəmək onların ruhuna sayğıdır.

Movqe.az milli.az-a istinadən bildirir ki, kənddə bayramlarda, xüsusilə də məhsul bayramında məzarlar qazılır, ölülər çıxarılır, onlara paltar geyindirilir.

Hətta ölmüş atasının skeletinin dişləri arasınad siqaret qoyan oğul da tapılır.