Azərbaycan Ordusunun əsgəri özünü güllələdi

1 Mart 2013 10:43 (UTC+04:00)


Azərbaycan Ordusunun əsgəri özünü güllələyib. Movqe. az-ın məlumatına görə, Şəmkir hərbi birləşməsinin əsgəri, Qazax rayonundakı "N" saylı hərbi hissədə xidmət edən 1990-cı il təvəllüdlü Seymur Mürvət oğlu Allahverdiyev postda olarkən tabeliyində olan avtomat silahdan atəş açaraq özünü güllələyib. Əsgər aldığı güllə yarasından dünyasını dəyişib.


Müdafiə Nazirliyi mətbuat xidmətindən Movqe. az-a faktı təsdiqləyiblər. Hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.