“iPhone”un yeni modeli təqdim olundu - video

13 Sentyabr 2017 14:38 (UTC+04:00)

Məşhur Apple şirkəti “iPhone”  telefonunun yeni versiyasını təqdim edib.

Movqe.az axşam.az-a istinadən xəbər verir ki, bu dəfə “iPhone 8”, “iPhone 8 Plus” və “iPhone X” modelləri satışa verilib.

Yeni modellərin yaddaşı 64 GB-dan 256 GB-a kimidir. Alıcılar ağ, qara və qızılı rənglərini əldə edə bilərlər. Sifariçlər sentyabrın 15-dən başlayacaq. Satış isə sentyabrın 22-də gerçəkləşdiriləcək. 

Modellər arasında ən bahalısı “iPhone 8 Plus”dır ki, onun qiyməti 799 dollardır. Yeni telefon 12 meqapiksel kameraya sahibdir, şunursuz enerji toplaya bilir.

Telefon Home düyməsindən azad olub. Smartfonun ön paneli isə tamamilə ekranlə əhatə olunub. Bu model 3D Touch və HDR10 özəllikləinə sahib 5.8 inç OLED Super Retina ekranına sahibdir.