Dünyanın ən təhlükəli virusu

16 Sentyabr 2017 11:00 (UTC+04:00)

Yer kürəsində ən təhlükəli virus hepatit virusu hesab olunub.

Movqe.az-ın məlumatına görə, bu virus HİV, malyariya və vərəm viruslarından daha çox ölümə səbəb olur.

Qeyd olunur ki, hər il 1,3 milyon adam hepatitin qurbanı olur.

Tuberkulyozdan ildə 1,2 milyon, HİV-dən 1 milyondan çox, malyariyadan isə 719 min adam həlak olur.

Hepatiti təhlükəli edən məsələ bu virusdan ölüm hallarının azalması yox, əksinə artmasıdır.

Son illər ərzində hepatitdən ölüm halları 22 faiz artıb.