Hobbisi qazancı oldu

1 Mart 2013 15:52 (UTC+04:00)

Dəmir-dümür, lazımsız metalları heykəllərə çevirən sənətkar, hobbisini işə çevirib. Movqe.Az-ın məlumatına görə, Taylandda yaşayan sənətkar Mai Sudjai, 10 il əvvəl hobbi olaraq metal parçalarından heykəllər düzəltməyə başlayıb. Heykəllərinə olan tələbin artması nəticəsində bir atelye quran sənətkar, indi bir çox insanla birlikdə çalışır. Metal avtomobil parçalarından "Sci-fi" cizgi film qəhrəmanları hazırlayan sənətçinin bu robotlarının qiymətləri 5.000 sterlinqə yaxındır.