"Qarabağ" "Milan"ı qabaqladı

16 Sentyabr 2017 14:04 (UTC+04:00)

UEFA Avropa klublarının yeni reytinq cədvəlini açıqlayıb.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, siyahıda Azərbaycanın 7 klubu yer alıb.

Ən yaxşı göstərici ölkə çempionu "Qarabağ"dadır. Ağdam təmsilçisi 18,500 xalla 67-ci pillədə qərarlaşıb. "Qəbələ" 5,250 xalla 184-cü sıraya düşüb. Qalan 5 klubumuz isə 241-ci sıranı bölüşürlər. "Neftçi"nin hesabında 3,250, "İnter"in hesabında 2,500, "Zirə", "Kəpəz" və "Xəzər Lənkəran"da isə 0,500 reytinq xalı var.

"Qarabağ"ın UEFA Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərinə gəlincə, İspaniyanın "Atletico" (Madrid) klubu 117,000 xalla 2-ci, İngiltərə çempionu "Chelsea" 70,000 xalla 14-cü, İtaliya təmsilçisi "Roma" isə 44,000 xalla 31-cidir.