Şahzadə hamilə arvadından danışdı

16 Sentyabr 2017 20:00 (UTC+04:00)

Bir müddət əvvəl şahzadə Uilyamın xanımı Keyt Middltonun üçüncü dəfə hamilə olması xəbəri yayılmışdı. 

Movqe.az axşam.az-a istinadən xəbər verir ki, Uilyam mediaya açıqlamasında bununla bağlı sualları cavablandırıb. 

Son vaxtlar Middltonun halının çox pis olduğu, saraydan çıxmadığı, hətta oğlunu birinci sinfə yola salmağa da getmədiyi deyilmişdi. Onun üçüncü hamiləliyini çətin keçirdiyi elan edilmişdi. Uilyam bildirib ki, Keyt hazırda özünü yaxşı hiss edir. 

O, oğlu Corcdan söz açıb:

"Corc əsl idarəçidir. Evdə əmrləri o verir. Şarlotta da ondan geri qalmır. Dostlarım deyir ki, qızım böyüyəndə bizə çox problemlər yaradacaq".