İsveçrənin Cenevrə şəhərində hər il ənənəvi olaraq keçirilən və Avropanın öndə gedən avtomobil yarmarkasından biri olan "Cenevrə Avtomobil Sərgisi", 7-17 mart tarixləri arasında təşkil ediləcək. Movqe.Az-ın məlumatına görə, açılış tarixindən əvvəl mətbuata qapılarını açacaq olan sərgidə "İlin avtomobili" seçiləcək. Bu seçki üçün təyin olunan 9 müxtəlif markalı avtomobil, 23 ölkədən 59 jurnalistin verəcəyi səslərlə "İlin avtomobili" olacaq. "İlin avtomobili" üçün yarışacaq olan 9 marka avtomobil bunlardır:
1 - Ford B-Max
2 - Hyundai İ 30
3 - Mercedes Classe A
4 - Peugeot 208
5 - Renault Clio
6 - Subaru BRZ
7 - Toyota GT 86
8 - Volkswagen Golf
9 - Volvo V 40