Keçmiş məhkum tapança ilə tutuldu

18 Sentyabr 2017 12:56 (UTC+04:00)

Bakıda silahlı şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyindən (DİN) Movqe.az-a verilən məlumata görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Yasamal rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tural İsparovdan “P.Beretta” tipli tapança, 7 ədəd patron və 1 ədəd patron darağı götürülüb.